Bilal Əliyev prezident seçkilərinə mahnı BƏSTƏLƏDİ

fev-19
09:16 2018
Xalq artisti Bilal Əliyev aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə mahnı həsr edib.
Bu barədə "Ölkə.Az"a B.Əliyev özü məlumat verib. Xalq artisti bildirib ki, "Azərbaycan" adlanan bəstəni YAP-ın prezidentliyə namizədi, hazırki prezident İlham Əliyevə ithaf edib:

"Allah qismət eləyərsə, bütün tamaşaçılarla görüşüb, öz təbliğatımı aparacağam. Təbliğat-təşviqat konsertləri olarsa, mütləq iştirak edəcəyəm. Mahnının içərisində cənab Prezidentin də, Ulu Öndərimizin də adı çəkilir. Bütün zəhmət çəkən insanlar haqqında gözəl sözlər deyilir. Yəni, xalqımızı birliyə çağırırıq, Ulu Öndərimizin ən layiqli davamçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında möhkəm birliyə çağırırıq".
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər