Qurban Qurbanov: Çox ümid edirəm ki, Bakıda qol vura biləcəyik

iy-30
13:18 2015
Qurban Qurbanov: Çox ümid edirəm ki, Bakıda qol vura biləcəyik
























“Bizim gözəl azarkeşlərimiz var, onlar bizə yardım edəcəklər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Seltik” ilə (0:1) keçirilən matçı şərh edib.

“Mən hələ oyuna qədər demişdim ki, bu matç yalnız bir qol fərqi ilə məğlub ola biləcəyimiz matçdır, bu da bizim üçün normal olardı, - Xeberci.info Qurbanovun sözlərindən sitat gətirir. – Amma 1:0 “Seltik” üçün də yaxşı nəticədir. Biz səfərdə keçirdiyimiz görüşdə qol vurmaq istəyirdik, amma alınmadı. Çox ümid edirəm ki, Bakıda qol vurmağa nail olacağıq.

Mən komandamın oyunundan razıyam. Biz bilirdik ki, çətin olacaq. İndi hər şey cavab görüşündə həll olacaq.

Bizim üçün “Seltik park”da oynamaq çox həyəcanverici idi, amma Bakıda da çoxsaylı azərbaycanlı azarkeşlər olacaq və siz maraqlı oyunun şahidi olacaqsınız. Bizim gözəl azarkeşlərimiz var və onlar bizə yardım edəcəklər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər