Bakıda sakinlərə premium evlər və hər ay 600 AZN veriləcək – VİDEO-FOTO

fev-15
13:17 2018
Hazırda paytaxtın bir sıra ərazilərində istismara yararsız köhnə evlərin və binaların sökülərək yeniləri ilə əvəzlənməsi yönündə pilot layihələr həyata keçirilir. Belə pilot layihələrin əsas icraçılarından biri tikinti sektorunda ölkədə və xaricdə zəngin iş təcrübəsinə malik olan "Sipark Group” şirkətidir.

"Sipark Group” öncədən ayrılmış sərmayə və tikinti sektorunda zəngin iş təcrübəsinə əsaslanaraq Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi ilə Möhsün Sənani və Mirəli Qaşqay küçəsinin kəsişməsində, 5 girişli 16 mərtəbəli və Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində 6 girişli 16 mərtəbəli binaların tikintisini həyata keçirir. Şirkətin icraçı direktoru SənanİsayevAzxeber.com-a açıqlamasında bildirdi ki, hər iki layihə üzrə işlər sürətlə davam edir və binalar planlaşdırılan müddətdə sakinlərə təhvil veriləcəkdir.

Sosial layihə olan komplekslərin tikintisi ilə bağlı ərazidə yaşayan 210 ailə kirayə mənzillərə köçürülüb.Öncədən ayrılmış sərmayə nətisəində işlərin planla həyata keçirilməsi və layihələrin icrası müddəti – 2 il ərzində sakinlərin aylıq kirayə haqlarının ödənilməsini şirkət öz üzərinə götürüb.Sakinlərə 300-600 manat arasında kirayə haqqı ödənilir: "Binalar hazır olduqda sakinlər tam təmirli premium mənzillərlə təmin olunacaqlar. Onların mənzillə təminatı ədalətli prinsiplə həyata keçiriləcək, vətəndaşların mənzil təminatı yaxşılaşdırılacaq. Şirkətimiz bəzi vətəndaşların ailə üzvlərinin sayını nəzərə alaraq onlara əvvəl yaşadıqları sahədən daha böyük yaşayış sahələri də verir. Ümumilikdə sakinlərin minimum 53, maksimum 80 kv.m. mənzillə təmin olunması nəzərdə tutulub”.

Şirkət rəsmisi deyir ki, ərazidə yerləşən 40-a yaxın qeyri-yaşayış obyektinin söküntüsü ilə əlaqədar sahibkarlara aylıq kirayə haqqı verilir: "Bir çox sahibkarın sənədləri qaydasında olmasa da bina hazır olduqda onlar qeyri-yaşayış ərazisi ilə təmin ediləcəklər. Sadəcə, "Sipark-Group” layihənin icrası prosesində bütün vətəndaşların sosial haqlarını qorumağa çalışır”.

Hər iki layihə üzrə inşa edilən binalar premium sinfinə aiddir: "Binalar 9 bal gücündə zəlzələyə davamlıdır. Sakinlərə göstəriləcək xidmətlərə gəlincə, bunun başında da təhlükəsizlik dayanır. Komplekslərin ərazisi 24 saat ərzində videomüşahidə kameraları vasitəsilə mühafizə olunacaq. Bundan əlavə, gözəllik və üslub, rahatlıq və komfort "SİPARK" yaşayış kompleksinin başlıca üstünlükləridir. 16 mərtəbəli uca bina bütün norma və standartlara riayət olunmaqla layihələndirilib. Kompleksdə sərbəst quruluşa malik 1, 2, 3, 4, və 5 otaqlı mənzillər nəzərdə tutulur. Eləcə də, binada iki mərtəbəli yeraltı avtodayanacaq, uşaq əyləncə meydançası, uşaq bağçası, gözəllik salonu, fitnessklub, trenajor zalı, marketlər fəaliyyət göstərəcək. Ailələrin rahatlığını düşünərək, binanın hər bir girişində Avropa standartlarına cavab verən ən müasir, sürətli, səssiz işləyən 2 ədəd lift quraşdırılacaq."Avtomobilsiz həyət” konsepsiyası hər iki layihədə üstünlük verilən məsələlərdəndir. Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində inşa ediləcək binanın ərazisi 1,7 hektardır. Bunun yarıdan çoxu yaşıllıq üçün nəzərdə tutulub. Yəni sakinlərin sərəncamına istirahət üçün park ərazisi də veriləcək”.

S.İsayev layihə çərçivəsində satış üçün nəzərdə tutulan mənzillərdən də söz açdı. Qeyd etdi ki, 53,3-212 kv.m.-ə qədər mənzillər satışa təklif olunub: "Alıcılar mənzillərin dəyərinin 30 faizini ödəməklə, 36 aylıq müddətinə faizsiz kreditlə əldə edə bilərlər. Mənzillər müştərilərin istəyindən asılı olaraq təmirli və təmirsiz təklif edilir”.

Mirəli Qaşqay Sənani kuçələrin kəsişməsi - 051 4030101

Təbriz və Firdovsi Məmmədov küçələrinin kəsişməsi - 050 200 2920

Baş ofis –012 5644632

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər