General: İŞİD-in ərazi iddiaları Azərbaycana da toxunur

iy-30
16:05 2015
General: İŞİD-in ərazi iddiaları Azərbaycana da toxunur
























MDB terror əleyhinə mərkəzi bir sıra təşəbbüslər irəli sürüb

Birliyin iştirakçı ölkələrinin xüsusi xidmətlərinin İŞİD-in nüfuzunun genişlənməsinə qarşı tədbirləri hər şeydən öncə internetdə informasiya qarşıdurması ilə əlaqələndirilir.

Bu barədə MDB terror əleyhinə mərkəzin rəhbəri polis general-polkovniki Andrey Novikov bəyan edib.

MDB terror əleyhinə mərkəzi Birlik ölkələri üçün beynəlxalq terror təşkilatları və hər şeydən öncə İŞİD tərəfindən getdikcə artan təhlükəyə qarşı durmaq üçün bir sıra təşəbbüslər irəli sürüb.

“İŞİD-in ərazi iddiaları Azərbaycana, Ermənistana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana, eləcə də Cənubi, Şimali Qafqaz və Krım federal əyalətlərinə daxil olan Rusiya Federasiyası subyektlərinə də toxunur”, - rusiyalı general bildirib.

Novikov xaricdə beynəlxalq terror təşkilatlarının fəaliyyətində iştirak üçün cinayət məsuliyyətinin müəyyən edilməsinin də öz səmərəliliyini göstərdiyini qeyd edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər