Dəhşətli qəzadan görüntülər - ürəyi zəif olanlar baxmasın

fev-13
22:13 2014
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. İki avtomobilin toqquşmasınəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Qəza hadisəsi bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 133-cü kilmetrliyində, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı sakini Elçin Təyyar oğlu Quliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn"VAZ- 2103" markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki avtomobil deformasiyaya uğradığından yararsız hala düşüb. Qəza nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili yardım maşını ilə yaralılar dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb. Şəxsiyyəti məlum olmayan yaralılardan biri yolda dünyasını dəyişib. Digər yaralılar - Masallı sakini, 26 yaşlı Vaqif Əhmədağa oğlu Abışov və Cəlilabad sakini, 31 yaşlı Taleh Yaşar oğlu Şəfiyevə xəstəxanada ilk tibbi yardım göstərilib. Faktla bağlı Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər