General oğlu maşını polisin üzərinə sürdü: nazir qəzəbləndi

iy-28
15:12 2015
General oğlu maşını polisin üzərinə sürdü: nazir qəzəbləndi















Hüquq-mühafizə orqanlarında çalışan, general rütbəli şəxslərdən birinin oğlu idarə etdiyi “Lexus” markalı avtomobili polis əməkdaşının üstünə sürüb

Redaksiyamıza daxil olan məlumata görə, hadisə 2 gün əvvəl Yasamal rayonunda, “Təzə Pir” məscdinin ətrafında baş verib. Məlumatda bildirilir ki, dövlət tədbirilə əlaqədar polislər o ətrafda yolları bağlayıbmış. Həmin vaxt oradan keçən general oğlunun da avtomobili də saxlanılıb. Lakin o, polislərin dediklərinə əhəmiyyət verməyərək maşını işə salıb və asayiş keşikçilərindən birinin üzərinə sürüb.
Bununla da ürəyi soyumayan general oğlu maşından düşərək həmin polis əməkdaşına hücum çəkib. Digər polislər yoldaşlarını general oğlunun əlindən almaq üçün davaya müdaxilə ediblər. Məlumatda bildirilir ki, üzərinə maşın sürülən polis əməkdaşı ağır xəsarət alıb. Onun hazırda xəstəxanaların birində müalicə olunduğu bildirilir. Məlumatda o da qeyd edilir ki, hadisə yerinə ərazi üzrə polis idarəsinin rəhbərliyi də gəlib. Məhz bu zaman aydın olub ki, hadisəni törədən general oğludur. Baş verənlər barədə daxili işlər naziri Ramil Usubova məruzə edilib. Nazirin hadisəyə reaksiyası sərt olub və o, general oğlunun həbs olunması barədə göstəriş verib. General oğlu polis idarəsinə, oradan isə məhkəməyə aparılıb. Barəsində həbs-qətimkan tədbiri seçilən general oğlu gecə ilə Kürdəxanı təcridxanasına göndərilib. Həmin generalın kimliyi və konkret harada işləməsi də bəllidir. Sadəcə bəzi dəqiqləşdirmələr apardığımızdan adını açıqlamırıq. Onu da qeyd edək ki, məlumat redaksiyamıza iş gününün sonunda daxil olduğuna görə DIN-nin mövqeyini öyrənə bilmədik. Növbəti sayımızda mövzuya qayıdacağıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər