Yasamal sakinləri İcra Hakimiyyətinə yürüş edəcək

fev-13
18:03 2014
Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın sakinləri rayon icra hakimiyyətinə yürüş edəcək.


Bu barədə məlumatı AzNews.az-a binada yaşayan sakinlər verib. Onların sözlərinə görə, ərazidə yeni hündür mərtəbəli yaşayış binası tikilir ki, bu zaman da bütün tikinti qaydaları kobudcasına pozulur:

“Binada 200 mənzil var. Köhnə binadır. Bir müddət əvvəl binanın düz qarşısındakı ərazidə tikinti işlərinin aparılacağı bildirildi. Qısa müddət sonra ərazi hasara alındı və tikinti başladı. Binanın bloku ilə yeni tikilən binanın arasında cəmi 6 metr məsafə var. Hərəkət etmək mümkün deyil. Bina tikildikdən sonra vəziyyət daha da dözülməz olacaq”.

Bununla əlaqədar sakinlərlə ərazini hasarlayan şirkətin əməkdaşları arasında mübahisə yaranıb.

Tikinti şirkətinin nümayəndələri ərazinin onlara rayon icra hakimiyyəti tərəfindən ayrıldığını bildirərək, hətta onları təhqir ediblər: “Bununla əlaqədar sakinlər rayon icra hakimiyyətini başçısına şikayət edəcək. Buna görə bu gün icra hakimiyyətini binasına yürüş edəcəyik”.


Qaynar.info

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər