Aviqdor Liberman: Bizim üçün Azərbaycanla əlaqələrin inkişafı əhəmiyyətlidir

iy-27
12:24 2015
Aviqdor Liberman: Bizim üçün Azərbaycanla əlaqələrin inkişafı əhəmiyyətlidir
























“İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur”

Yeni seçilmiş İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair iclas keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (Azİz) bildiriblər ki, iclası parlamentlərarası dostluq qrupuna rəhbərlik edən deputat, “İsrail - Evimizdir” Partiyasının rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman aparıb.

İclasda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Yosef, İsrailin Azərbaycandakı səfiri Dan Stiv, “Azİz” in baş direktoru Lev Spivak iştirak ediblər.

A.Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. Toplantıda iki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olduğu, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur.

Azərbaycanda yəhudiliyin tarixindən danışan A.Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadığını, heç bir vaxt milli və dini təcavüzə məruz qalmadığını, dövlətin isə onlara inkişaf etmələri üçün şərait yaratdığını vurğulayıb. Azərbaycanda doğulub yaşayan çox sayda yəhudi alim, mədəniyyət xadimi, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin adları sadalanıb, Azərbaycanda hazırda fəaliyyətdə olan yeni və köhnə sinaqoqların olduğu, müstəqillik illərində yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin açıldığı bildirilib.

İclasda iştirak edən İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri O. Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsini təklif edib.

L.Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə danışıb. O, Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən böyük olduğunu qeyd edib. “Azİz” rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində “erməni soyqırımı”nın tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.

L.Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, “soyqırımı” sözündən istifadə olunmasın.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər