İcra başçısının oğlu rayonda hökmranlıq edir

iy-25
14:16 2015
İcra başçısının oğlu rayonda hökmranlıq edir



























Raqub Məmmədovun oğlu Sənan Ağdamdakı məmurları cəzalandırmaqla məşğuldur

Ağdamın icra başçısı Raqub Məmmədovun oğlu ilə bağlı yeni iddia ortaya çıxıb. Rayondan redaksiyamıza verilən ilginc məlumata görə icra başçısının oğlu yerli məmurları, idarə müdirlərini tez-tez cəzalandırır. O, faktiki özünü rayonun icra başçısı kimi aparırır. Hətta vəziyyət elə bir həddə çatıb ki, icra başçısı özü də oğluna nəzarət edə bilmir. Onun tez-tez məmurlarla kobud rəftarı isə rayonda ciddi narazılıq yaradıb.

Mənbə bildirir ki, vaxtaşırı gah Bakıda, gah da rayonda peyda olan məmur oğlunun zəngin həyat tərzi daha çox yerli məmurlara ağır başa gəlir. Bununla bağlı icra başçısına müraciət edilsə də, o, övladına söz keçirə bilmədiyini deyir. Bir sözlə, rayonun faktiki rəhbəri Raqub Məmmədov olsa da, sanki Ağdamda iki icra başçısı var.

Qeyd edək ki, bir müddət əvvəl Adamın icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Həmin xəbər sosial şəbəkələrdə və mediada ciddi rezonas doğurmuşdu.

Həmin ərəfədə bu fotolara tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəldi. Daha sonra isə xəbər yayıldı ki, Raqub Məmmədov oğlunun hərəkətinə görə, ciddi cəzalandırılıb və ona xəbərdarlıq edilib. Amma məmur övladlarının komfortlu və dəbdəbəli həyatı, zəngin yaşam tərzi onun bu davranışlarının davamlı olmasına şərait yaradır.

Rayondakı mənbənin bildirdiyinə görə, məmurlardan bir neçəsi icra başçısına Prezident İlham Əliyevin məmur övladları ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb. Onlar icra başçısına bildiriblər ki, əgər vəziyyət bu şəkildə davam edəcəksə, prezidentə müraciət edəcəklər.

Bundan sonra Raqub Məmmədov onlardan xahiş edib ki, şikayət etməsinlər. İcra başçısı oğlunun hərəkətlərinə hansısa vasitə ilə son qoyacağına söz verib.

Görünür, ölkə başçısının məmur övladları ilə bağlı səsləndirdiyi fikirlər və bir sıra məmurların övladlarına görə cəzalandırılması Raqub Məmmədovla oğluna görk olmayıb. Və əslində, vəziyyətin bu hala gəlməsində, şəxsən ata Məmmədovun da günahı az deyil.

Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər