Müəllimlərdən rüşvət istəyən qalmaqallı direktor işdən çıxarıldı

yan-16
07:21 2018
Müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılan Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub.

Bu barədə qafqazinfo-ya məlumatı rayon Təhsil Şöbəsinin kadr məsələləri üzrə mütəxəssisi Ələkbər Niftiyev verib. O bildirib ki, səs yazısı və araşdırma işləri aparıldıqdan sonra direktor işdən çıxarılıb. Dünəndən etibarən L. Seyfullayev artıq direktor vəzifəsini icra etmir.

Xatırladaq ki, direktor məktəbin müəllimi Azad Dadaşovu 50 manat rüşvət vermədiyi üçün təhqir etmiş, pedaqoji şurasının iclasında müəllimləri A. Dadaşova qarşı ərizə yazmağa çağırmışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər