İrandan ABŞ-a tələb — Suriyadan qoşunlarını çıxar

yan-03
11:51 2018
ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır.
AZTB.info bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib.

Admiralın sözlərinə görə, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ə.Şamhani, ümumilikdə, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal adlandırıb.
“Biz bütün beynəlxalq tribunalardan ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik”, - deyə admiral əlavə edib.

O həmçinin Rusiya, Türkiyə və İranın Suriyada münaqişənin nizamlanması üçün bütün səyləri göstərdiyini xatırladıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər