İtkin düşən alpinistlərlə bağlı açıqlama — Onları diri-diri basdırırlar

yan-02
08:28 2018
Dekabrın 23-də itkin düşən “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
AZTB.info-nun xəbərinə görə bu barədə Lent.az-a “Gilavar” Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək:
“Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli alpinistdir. Baburun üzərində 27 kiloqramlıq yol çantası olub, ola bilməz ki, oradan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırırlar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik”.

Z. Qasımov bildirib ki, axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-nin 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər