Şimali Koreya əsgəri Cənubi Koreyaya qaçdı

dek-21
06:39 2017
Şimali Koreya əsgəri səhər saatlarında sərhədi keçərək Cənubi Koreyaya qaçıb.
"Ölkə.Az" xəbər verir ki, Cənubi Koreya hərbçiləri qaçağı axtaran Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıblar.

"BBC"nin xəbərinə əsasən, məlumatı Cənubi Koreya ordusu verib. Bildirilir ki, Cənubi Koreya saatı ilə insident saat 08:00 radələrində olub. Sərhəd xəttinə qaçan əsgər nəzarət nöqtəsinin olduğu dumanlı bölgədə görünüb.
Şimali Koreya əsgərləri sərhədə yaxınlaşdıqları üçün Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıblar.

Qeyd edək ki, bu il Şimaldan Cənuba qaçan əsgərlərin sayı 4-ə çatıb. Ümumiyyətlə, hər il Şimali Koreyadan min nəfər Cənubi Koreyaya qaçır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər