İran Suriyada son 4 ayın ən böyük itkisini verdi - İran ordusunun "fikir atası" olan generalı snayperlə öldürüldü

iy-20
14:27 2015
İran Suriyada son 4 ayın ən böyük itkisini verdi - İran ordusunun "fikir atası" olan generalı snayperlə öldürüldü




















Suriyada diktator Bəşər Əsədi müsafiə edən İran ordusu general rütbəli daha bir komandirini itirib

Xeberci.info xəbər verir ki, İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan "DEBKAFİLE" saytının yaydığı məlumata görə, İran İnqilab Mühafizəçiləri Ordusunun Qüds Briqadasının ikinci komandanı general Abdulkərim Rubaş Suriyada öldürülüb. Xəbəri İsrail kəşfiyyatının mənbələrinə əsaslandıran sayt, general Rubaşın iyulun 13-də paytaxt Tehranda gizli keçirilən bir hərbi mərasimlə torpağa verildiyini qeyd edib.

SNAYPERİNİN HƏDƏFİ OLDU


Abdulkərim Rubaşın 4 ildir davam edən vətəndaş müharibəsi prosesinin çoxunu Suriyada keçirdiyinə diqqət çəkən sayt generalın, Hizbullah əsgərlərinin Livana gətirilməsi strategiyasının fikir atası olduğunu qeyd edib. General Rubaşın, ötən həftə konvoyuna təşkil olunan snayper hücumu nəticəsində ağır yaralandığı, öləndən sonra isə cəsədinin Tehrana aparıldığı iddia edilib.

MƏTBUATDAN GİZLƏDİBLƏR


Sayt İranın general Rubaşın ölümünü mətbuatdan ustalıqla gizlətdiyi, ölümündən sonra yerinə təyinat aparıldığını da yazıb. General Rubaş rəsmi sənədlərdə, Suriyanın Zebedani bölgəsindəki İran əsgərlərinin komandiri vəzifəsində idi.

SON 4 AYIN ƏN BÖYÜK İTKİSİ


İndiyə qədər General Məhəmməd Əli Allahdedi və General Hadi Kajbafı Suriyadakı qarşıdurmaya qurban verən Tehran hökuməti , General Abdulkərim Rubaşın öldürülməsi ilə son 4 ilin ən ağır itkisini da yaşamış oldu.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər