Messi "Barselona"da qalır — 700 milyon avroya

noy-26
07:52 2017
Argentinalı hücumçu Lionel Messi "Barselona" klubu ilə müqaviləni 2020/2021-ci il mövsümünün sonunadək uzadıb. Razılaşmaya əsasən, dəbbənin məbləği 700 milyon avro təşkil edir
Ölkə.Az bildirir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib. Otuz yaşlı futbolçunun əvvəlki müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.
Messi "Barselona"ya 2000-ci ildə, 13 yaşında gəlib. Əsas heyətdə rəsmi debütünü 17 yaşında edib. Komandanın tərkibində səkkiz dəfə İspaniya çempionu titulunu qazanıb, dörd dəfə UEFA çempionlar liqasının, beş dəfə İspaniya kubokunun, üç dəfə dünya klub çempionatının qalibi olub.

Beş dəfə "Qızıl top" mükafatına layiq görülən argentinalı hücumçu "Barselona"nın heyətində meydançaya çıxdığı 602 oyunda ümumilikdə 523 qol vurub. O, hazırda klubun və La Liqanın tarixində ən məhsuldar hücumçudur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər