Qurban Qurbanov: "Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq"

noy-23
06:46 2017
"Son vaxtlar bu qədər məyus olmamışdım". Ölkə.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Çelsi"ni qəbul edən Ağdam klubu 0:4 hesabı ilə uduzub.
Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov qeydə alınan nəticəni şərh edib: "90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər