Texasdakı qətliamçının kimliyi bəlli oldu - FOTO

noy-06
09:12 2017
ABŞ-ın Texas ştatında kilsədə 27 nəfəri öldürən qətliamçının kimliyi məlum olub.

Metbuat.az bildirir ki, polisin araşdırması zamanı 27 nəfərin ölümü, 30 nəfərin isə yaralanmasına səbəb olan terrorçunun Devin Patrick Kelley olduğu ortaya çıxıb. Evli və bir uşaq atası olan 26 yaşlı Devinin 2009-2013-cü illərdə ABŞ Hərbi Hava Qüvvələrində çalışdığı məlum olub.
Qeyd edək ki, hücumdan dərhal sonra hadisə yerindən qaçan qətliamçı avtomobilində ölü halda tapılıb. Onun intihar etdiyi, yaxud da ətrafdakı sakinlər tərəfindən öldürüldüyü deyilir.

“First Baptist” kilsəsində baş verən hücumda ölən və yaralananların arasında uşaq və hamilə qadınların olduğu deyilir.
Texasdakı qətliamçının kimliyi bəlli oldu - FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər