İlin ən yaxşı futbolçusu məlum olub

okt-24
05:57 2017
FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.
APA məlumatına görə, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.

Bütün digər nominasiyalar öz sahiblərinə təqdim olunduqdan sonra sıra ən çox gözlənilən mükafata çatıb.

İlin ən yaxşı kişi futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldo ("Real Madrid”, İspaniya), argentinalı Lionel Messi ("Barselona”, İspaniya) və braziliyalı Neymar (PSJ, Fransa) iddia edirdilər.
Qalibi açıqlamaq isə dünya futbolunun iki əfsanəsi Dieqo Maradona və Ronaldo Luis Nazarioya həvalə olunub. Onlara FİFA prezidenti Cianno İnfantino da qoşulub.

Ən çox səs toplayaraq digər iki rəqibini geridə qoyan Kristiano Ronaldo mükafata sahib çıxıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər