"İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların sayı çoxdur" — Diplomat

okt-23
09:18 2017
"İraqın sərhədlərini qanunsuz olaraq keçdiyi üçün saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi istiqamətində işlər aparılır”.
Bunu APA-a Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda həmin şəxslərin siyahısı, İraqa hansı yolla, nə vaxt gəldiklərinə dair məlumatlar dəqiqləşdirilir: “Bu işlər bitdikdən sonra onların həbsdən azad edilərək Azərbaycana göndərilməsi üçün çalışacağıq”.

Diplomat əlavə edib ki, İŞİD-dən xilas edilən digər azərbaycanlı uşaqların da ölkəmizə göndərilməsi üçün danışıqlar davam etdirilir: “Uşaqların sayı çoxdur. Dəqiq say bəlli olmadığı üçün nə isə demək hələ tezdir. Uşaqlar hazırda tapıldıqları yerdə saxlanılır. Çalışırıq ki, onları bizə yaxın bir yerə gətirib, şəraiti uyğun olan yerdə yerləşdirək. Uşaqların saylarını, kimliklərini müəyyənləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları ilə sıx əlaqədəyik. İşlər bitdikdən sonra hamısının Azərbaycana göndərilməsini təmin edəcəyik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər