Nazirlikdən əhali arasında yayılan xəstəliklə bağlı — AÇIQLAMA

okt-20
05:54 2017
Azərbaycanda bu ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.Onun sözlərinə görə, oktyabrın ötən 2 həftəsi ərzində də xəstələnmə səviyyəsi ötən ilin müvafiq dövründəki səviyyə ilə eyni olub: "Respublika üzrə qeydə alınan yoluxma hadisələri barədə mərkəzə məlumatlar verilir. Məlumatların təhlili göstərir ki, kəskin respirator virus infeksiyalarının artımı hələ müşahidə olunmur, vəziyyət stabildir. Yəni, xəstəlik sayı mövsümi qaydada qeydə alınır. Buna baxmayaraq, profilaktik, müşahidə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin gücləndirilməsi üçün işlər görülür".
A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında aparılan laborator müayinələr zamanı Azərbaycanda qrip virusu aşkarlanmayıb: "Xəstəliyə o zaman qrip deyilə bilər ki, nümunələrdə hər hansı virus aşkarlanır və bunun da əsasında qrip diaqnozu qoyulur. Amma daxil olan nümunələrdən aydın olur ki, insanlarda müşahidə edilən xəstələnmələr soyuqdəymələr və kəskin respirator virus infeksiyalarıdır. Bunlar da mövsümi xarakter daşıyan xəstəliklərdir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin növbəti ştamlarının - qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər