Təhsil Nazirliyi dərsliklərlə alver edir - İDDİA

okt-19
07:53 2017
Təhsil Nazirliyinin dərsliklərlə bağlı daha bir alver metodu haqda şikayət var. Valideynlər bildirirlər ki, övladları məktəbəqədər hazırlıqda dərsliklə təmin edilməyib: “Oktyabrın 2-də dərslər başlayanda bizə dedilər ki, bir həftəyə dərsliklər paylanacaq.

Onu da dedilər ki, paylanmasa məcbursuz özünüz alasız. Ayın ortasıdır, dərsliklər gəlib çıxmayıb, biz isə artıq “basma” dərsliklər almışıq. Maraqlıdır, əgər rəsmən təsdiqlənən dərsliklər hələ istifadəyə verilməyibsə, necə olub ki, “basması” satışdadır?”

AFN-in bu istiqamətdə apardığı araşdırma zamanı məlum oldu ki, Bakı məktəblərinin bir qismində məktəbəqədər hazırlıq siniflərinə dərsliklər paylanıb. Lakin burada da çatışmazlıqlar mövcuddur. Belə ki, 30 nəfərlik sinifə 9-10 komplekt dərslik paylanıb, üstəlik, müəllimlərə tapşırılıb ki, verilən vəsait üzərində heç bir iş aparılmasın(?).

Redaksiyamızı bununla bağlı məlumatlandıran valideynlər hesab edirlər ki, nazirlikdəki və digər aidiyyatı qurumlardakı işbazlar dərsliklərin surətini çıxarmaqla satışa buraxır və bundan külli miqdarda qazanc əldə edir. Onlarla söhbətdən məlum olur ki, müəllimlər valideynləri tələsdirirlər, “vaxt gedir, vəsait alın” deyib onları bazara göndərirlər. Bir sıra məktəblərdə isə vəsait olsa da, dərslərdə ondan istifadə edilmir.

Bütün bunların sonucda təhsilin keyfiyyətinə, məktəbin, müəllimin nüfuzuna ağır zərbə olduğunu deyən valideynlər ümid edirlər ki, bu cür problemlər tezliklə yoluna qoyulacaq. Təhsil Nazirliyinin mövqeyini almaq istəsək də, qurumun mətbuat xidmətinə edilən zənglər cavabsız qaldı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər