Serbiyanın baş naziri daş-qalaq edilib - VİDEO

iy-12
16:31 2015
Serbiyanın baş naziri daş-qalaq edilib - VİDEO
























Potoçari memorial kompleksində keçirilən anım mərasimində

Bosniyanın Srebrenitsa şəhərində səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiç 1995-ci ildə Serbiya ordusunun yerli müsəlman əhalisinə qarşı törətdiyi kütləvi qırğın qurbanlarının anım mərasimində daş-qalaq edilib.

Xeberci.info xarici KİV-ə istinadən xəbər verir ki, on minlərlə insan II Dünya Müharibəsindən sonra Avropada ən kütləvi qəddar qətliamın 20-ci ildönümünə qeyd etmək üçün Bosniya şəhəri yaxınlığındakı qəbiristanlığa toplaşıb.

Potoçari memorial kompleksində keçirilən anım mərasiminə qatılan baş nazirə atılan daşlardan biri onun başına dəyib. Serbiya nümayəndə heyəti təcili ərazini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, insident baş nazirin məzarlığa gül çələngi qoyduğu an baş verib.

Polis hadisəyə müdaxilə edib, hücum edən şəxslərin saxlanıldığı bildirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər