Tramp haqqında yazılan seksual xarakterli xəbərlərdən — DANIŞDI FOTO

okt-17
05:49 2017
ABŞ prezidenti Donald Tramp barəsində irəli sürülən cinsi təcavüz iddialarını yalanlayıb.“Ölkə.Az” xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bunun cəfəngiyyat olduğunu deyib. Onun sözlərinə görə, haqqında səsləndirilən seksual xarakterli xəbərlərin hamısı yalandır.

“Bütün bu xəbərlər yalandır. Kimlərsə uydurma xəbərlər yaymaqla, öz məğlubiyyətinin intiqamını almaq istəyir”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ötən ildən bəri Trampın qadınlara qarşı cinsi təcavüz etməyi barədə xəbərlər yayılır. Seçkilər ərəfəsində 11 il əvvəl çəkilən bir video görüntü yayılıb. Orada Tramp qadınlar barədə danışır. O, qadınların onu arzuladığını və hər dəfə hansısa xanıma təcavüz edəndə xoşlandığını deyib. Tramp varlı və tanınmış biri olduğu üçün qadınları zorlaya biləcəyini vurğulayıb.

Bundan başqa, “New York Times” qəzeti yazmışdı ki, 45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: “O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi”.

Tramp haqqında yazılan seksual xarakterli xəbərlərdən — DANIŞDI FOTO

Lidsin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonda Tramp onun sinə nahiyəsinə toxunub və əlini onun ətəyinin altına keçirməyə çalışıb.
Əmlak şirkəyində çalışan 22 yaşlı Reycel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, Tramp liftdə gözlənilmədən onun dodağından öpüb.

Tramp haqqında yazılan seksual xarakterli xəbərlərdən — DANIŞDI FOTO
“Washington Post” isə yazmışdı ki, Tramp inauqurasiyaya üç gün qalmış məhkəməyə verilib. Trampı seksual təcavüzdə ittiham edən amerikalı qadın Sammer Zervos ona böhtan atdığı iddiası ilə məhkəməyə müraciət edib. Qadın iddiasında bildirir ki, Tramp ona qarşı seksual təcavüzdə olmasını inkar edir, onu və eyni ittihamla çıxış edən qadınları yalançı adlandırır. İddiaçı tələb edir ki, onun haqqında dediyi sözdən imtina etməsi üçün məhkəmə qarşısında Tramp öhdəlik götürsün.
Tramp haqqında yazılan seksual xarakterli xəbərlərdən — DANIŞDI FOTO
“Cənab Tramp mənim istədiyim kimi təkziblə çıxış etmədiyindən, şərəfimi bərpa etmək üçün, o məhkəməyə müraciət etməkdən başqa mənə ayrı seçim qoymadı”- deyə bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər