“ABŞ-İran gərginliyi Azərbaycanın da təhlükəsizlik maraqlarına toxunur” — Politoloqdan açıqlama

okt-14
09:49 2017
ABŞ hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terroru dəstəkləyən təşkilatlar siyahısına daxil edilib.

Həmçinin İranın “Fanamoj”, “Rastafann Ertebat Engineering Company” və “Shahid Alamolhoda Industries” şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib. Hələ ki, qorxulan baş vermədi, yəni Amerikanın hazırki prezidenti Donald Tramp çıxışında Tehranla imzalanan sazişdən imtina etmədi.

Azərbaycanlı siyasətçilər isə Trampın bu qərarlarına birmənalı yanaşmırlar. Politoloq Elxan Şahinoğlu “Ölkə.Az”a açıqlamasında bildirib ki, hələ də İran üçün risk azalmayıb. Onun sözlərinə görə. Tramp fikrini dəyişə də bilər.

“Ağ ev sahibinin keçmiş prezident Barak Obamanın Tehranla imzaladığı nüvə anlaşmasından imtinası ehtimalı azalmayıb. Belə olarsa, bölgədə vəziyyət yenə gərginləşəcək. İran nüvə çalışmalarına başlayacaq, bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq olunacaq, havada yenidən müharibə rüzgarları əsəcək. Ən pisi də odur ki, ötən dəfə olduğu kimi Tehran Azərbaycanın Vaşinqtona dəstək verəcəyindən şübhələnəcək və növbəti dəfə şübhə toxumları səpiləcək. Bu o deməkdir ki, ABŞ-İran gərginliyi Azərbaycanın da təhlükəsizlik maraqlarına toxunur”.
“ABŞ-İran gərginliyi Azərbaycanın da təhlükəsizlik maraqlarına toxunur” — Politoloqdan açıqlama

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər