“The New York Times” Vüqar Həşimovdan yazdı

yan-13
20:52 2014
“The New York Times” Vüqar Həşimovdan yazdı

Dünyanın ən güclü şahmatçılarından olan beynəlxalq qrossmeyster Vüqar Həşimovla bağlı ABŞ-ın nüfuzlu dərgisi “The New York Times” yazıb. Məqalədə Vüqar Həşimovun son on illik ərzində dünyanın ən yaxşı şahmatçılarından biri olduğu və öz ölkəsinin komandasının 2009-cu ildə Avropa çempionatında qızıl medal almasında həlledici rol oynadığı və gənc şahmatçının ötən həftə 27 yaşında beyin xərçəngi diaqnozu ilə müalicə olunduğu Almaniyada vəfat etdiyi bildirilir.

Vüqar Həşimovun ölümü ilə bağlı xəbər Ümumdünya Şahmat Federasiyasının saytında yerləşdirilib.

Məqalədə Vüqar Həşimovun 1986-cı il, iyulun 24-də Bakıda anadan olduğu və şahmatı 6 yaşı olarkən ordu polkovniki olan atasından öyrəndiyi bildirilir. Yazıda həmçinin Azərbaycanın zəngin şahmat tarixinə malik olduğu bildirilir.

Məqalənin müəllifi Daylan Lob Makleynin yazdığı məqalədə bildirilir ki, Vüqar Həşimov şahmatda çox tez özünü göstərib. Şahmatçının 10 yaşı olarkən İspaniyada gənc şahmatçılar arasında keçirilən çempionatda gümüş medal alıb. 1999-cu ildə beynəlxalq şahmat ustası və 2002-ci ildə isə beynəlxalq qrossmeyster adını alıb.

Yazıda bildirilir ki, Azərbaycan beynəlxalq komanda yarışlarında dəfələrlə qızıl medala iddialı olub və 2002, 2004, 2006 və 2008-ci il şahmat olimpiadalarında yüksək nəticələr göstərib. Vüqar Həşimovla birlikdə 26 yaşlı Rəcəbov və 28 yaşlı Məmmədyarov milli komandanın əsasını təşkil ediblər. O, həmçinin 2008-ci ildə Fransada Qran-Pri turnirinin, 2010-2011-ci illərdə İtaliyada keçirilən Recio Emiliya turnirin qalibi olub. Həşimov 2009-cu ildə dünya reytinqində 10-cu pillədən 6-cı yerədək irəliləyib. 2012-ci ilin yanvarında səhhətində yaranmış problemlərə görə şahmat oynamağı dayandırıb.

Qardaşı Sərxan Vüqar Həşimovla bağlı danışıb: “Həşimov oyunçu kimi aqressiv idi və riskə getməyi sevirdi, bəzən “Benoni müdafiəsi”nə oxşar debütlər seçirdi. Onun ölümü ilə bağlı “Tvitter”də başsağlığı sel kimi gəlir. Hazırda dünya reytinqində 3-cü yerdə olan, 2012-ci ildə Həşimovun qatıldığı Niderland turnirində iştirak edən amerikalı Hikaru Hakamura yazıb: “Çox yaradıcı və istedadlı oyunçu idi, onun oyunları (xüsusən də Benoni oyunları) heç vaxt unudulmayacaq” (ans press).

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər