Ərdoğanın daha bir yaxın adamı istefa verir? — Türkiyə şokda

okt-06
06:01 2017
İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Kadir Topbaşın istefasından sonra Türkiyədə daha bir merin vəzifədən getməsi gündəmə gəlib.

Bu barədə Türkiyə mətbuatı yazır. Verilən məlumatlara görə, bu dəfə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek istefaya gedəcək. Bu barədə yayılan xəbərlərdən sonra, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan gecə saatlarında Melih Gökçeki qəbul edib.

Görüş bir saatdan çox davam edib. Görüşdə Türkiyənin baş naziri Binəli Yıldırım da iştirak edib. Türkiyə vaxtı ilə 22:50-də yekunlaşan görüşdən sonra Ərdoğan jurnalist Abdülkadir Selvi ilə görüşüb.
Ərdoğanla görüşdən sonra jurnalist bildirib ki, Melih Gökçekin mütləq istefa verəcək. İstefanın təxminən 2-3 günə reallaşacağını deyən Selvi ətraflı məlumat verməyib.

Bundan əvvəl Ərdoğan Ankara merinin istefa vermə məsələsinə belə cavab vermişdi: “Hazırda belə bir şey yoxdur. Lakin gələcəkdə ola bilər”.

Qeyd edək ki, bundan öncə, sentyabrın 22-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş istefa verib. K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi. O, Ərdoğanın ən yaxın dostu hesab olunurdu. Onun istefası ölkədə böyük müzakirələrə səbəb olmuşdu.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər