Bakunews.az –ın şok idiası, yoxsa, pul qoparmaq tələsi…

iy-08
17:11 2015
Bakunews.az –ın şok idiası, yoxsa, pul qoparmaq tələsi…


































Ə. Nəbibəyli: “ Bir daha bildirirəm ki, Ağsu Rayon İH başçısı Ə.Seyidəliyevin güya bizim qəzeti maliyyələşdirməyi cəfəngiyyatdır ”

Bakunews.az saytında “Ağsu İcra Başçısından müxalifətə maliyyə dəstəyi ŞOK FAKTLAR” sərlövhəli yazı dərc olunmuşdur. Yazıda Ağsu İH başçısı Ənvər Seyidəliyev müxalifət yönlü “Qaynar Xətt” qəzetini maliyyələşdirməkdə ittiham olunur. Yazıda adı hallanan “Qaynarxett.info” saytının və “Qaynar Xətt” qəzetinin baş redaktoru Ədalət Nəbibəyli ilə telefon əlaqəsi saxlayıb həmin yazıda göstərilən faktlara münasibətini öyrəndik. Ə.Nəbibəyli həmin yazıda göstərilən faktların əksəriyyətinin şantaj xarakterli olduğunu bildirərək dedi:

* Əvvəla yazıda göstərilən faktlar yalan və böhtan xarakteri daşıyır. Nəzərinizə çatdırıram ki, “Qaynar Xətt” qəzeti yazıda göstərilən kimi 4 ay yox, 8 ay müntəzəm olaraq fəaliyyətdə olub. Düzdür başqa redaksiyalar kimi bizdə də maliyyə çətinlikləri yaranıb. Texniki işçilərə redaksiyanın borcu var. Ancaq bəzi şəxslər bundan istifadə edib redaksiyaya dəxli olmayan vəzifəli şəxsləri və baş redaktor kimi məni şantaj etməklə məşğuldur. Mən bu barədə dəfələrlə dövri mətbuata açıqlama vermişəm. Bir daha bildirirəm ki, Ağsu Rayon İH başçısı Ə.Seyidəliyevin güya bizim qəzeti maliyyələşdirməyi cəfəngiyyatdır. Sadəcə onunla həmyerli olduğumdan və onu yaxından tanıdığımdan aramızda isti münasibət olub. Bundan istifadə edən bəzi özlərini jurnalist sayan, əslində Dövlət Sosial Müdafə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini bir-birindən ayırd edə bilməyən belə üzdəniraq “zurnalistlər” qələmə sarılıb şantaj yolu ilə pul qazanmaq iddiasına düşüblər. O saytın rəhbərini yaxşı tanıyıram. Bir onun “haqqımızda” bölümünə daxil olub baxın. Kiçik bir araşdırma aparsaq saytın baş direktorundan tutmuş orda qeyd olunan bütün adlar saxtadır. Bu sayt mütəmadi olaraq şər və böhtan yayaraq vəzifəli şəxsləri şantaj etməklə məşğuldur. Mənim 24 saatxeber.com və dövrüntelebi.com sayıtlarında Ağsu rayon İH başçısı Ə. Seyidəliyevi güya şantaj edib pul qazanmağıma gəldikdə isə bu iddia da şəxsi ədavətdən başqa bir şey deyil. Mənim belə işlərlə məşğul olmağıma heç kim inanmaz, onda qalsın Ə.Seyidəliyev. Ümumiyyətlə, həmin yazıda göstərilən faktlar qondarma və saxtadır. Qaldı, mənim mərhum Prezident, Azərbaycan xalq hərəkatının lideri Ə. Elçibəyin yaxın dairəsindən olmağıma, həqiqətən mən bununla fəxir edirəm, daha muxalifətçi, demokrat dayımın hansısa yüksək vəzifəli dövlət məmuru ilə öpüşüb görüşməyini özümə şərəf saymıram.

Onu da deyim ki, bu günlərdə redaksiyamızda kompyuter və s avadanlıqlar, pul oğurlanıb.Bunun kim və ya kimlər tərəfindən törədildiyini də o adam yaxşı bilir. Yadında saxlasın, Aqil Abbas demişkən yolu Bayıla düşə bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər