Azərbaycan 1,7 milyard dollar kredit alacaq

sen-27
07:23 2017
Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycan üçün 2017-2020-ci illəri əhatə edən Ölkə Əməliyyatları üzrə Biznes Planını təsdiq edib.

APA xəbər verir ki, biznes plan bankın 2018-2020-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri ilə uyğunlaşdırılıb.

ADB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Plan üzrə dövlət öhdəliklərinin və kredit proqramının həyata keçirilməsi üçün 2018-2020-ci illər arasında 1,680 mlrd. dollar həcmində kreditin və 2,5 mln. dollar həcmində texniki yardımın ayrılması nəzərdə tutulur.

Sənəddə qeyd olunur ki, ADB hökumətin dövlət-özəl əməkdaşlıq proqramını da maliyyələşmə üçün nəzərdən keçirəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər