Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı

sen-25
08:56 2017
Son günlər sosial şəbəkələrdə Bakıda LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar yayılır. Yayılan xəbərlərdə bildirilir ki, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Bildirilir ki, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir.

Aztb.info xəbər verir ki, Lent.az yayılan məlumatlarla bağlı Daxili İşlər Nazirliyinə sorğu verib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: "Vətəndaşların polisə daxil olan şikayətləri əsasında, Bakı şəhərində əsasən gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.

Nazirlik sözçüsü bildirib ki, mətbuatda saxlanılan şəxslərin arasında QİÇS-ə yoluxanların olduğu barədə xəbərlər yayılsa da, bu da həqiqəti əks etdirmir: "Bizim əlimizdə belə bir rəsmi məlumat yoxdur. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi də bu məlumatı təsdiq etmədi. Ümumiyyətlə, polisin saxladığı adamlar sağlıq müayinəsindən keçirilir. Lakin onlardan hər hansı xəstəliyin tapılması barədə rəsmi məlumat yoxdur".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər