İsraildən Bəşər Əsədi xilas etmə planı... - Mossad generalından sensasion açıqlamalar

iy-07
14:37 2015
İsraildən Bəşər Əsədi xilas etmə planı... - Mossad generalından sensasion açıqlamalar





















İsraildə bəzi yüksək səviyyəli hərbi rəsmilər Suriya diktatoru Əsədin devrilməsinin qarşısını almaq üçün Netanyahu hökumətinə təzyiq edir

Bu barədə İsrail mediası məlumat yayıb.

Xəbərdə bildirilir ki, Mossad generalı Tsafririn "İsrailin Yaxın Şərqdəki zəmanəti Əsəd rejimidir, İsrail Əsədə birbaşa və ya dolayı olaraq silah yardımı etmək məcburiyyətindədir" açıqlaması bu iddiaların ortaya çıxmasına səbəb olub.

"Əsəd düşərsə İsrail bitər"

Mossad Kəşfiyyat Xidmətinin generalı Eliezer Tsafrir "Əsəd rejimini xilas etmək məcburiyyətindəyik" başlığı ilə qələmə aldığı yazısında, İsrailin Suriya diktatorunu müdafiə etməsi məcburiyyətində oduğunu bildirib.
"Əsəd rejiminin devrilməsi Suriyanın qara dəliyə çevrilməsi deməkdir. Əsəd rejimi düşsə, Suriyada və ətrafındakı bütün ölkələrdə yəhudi düşmənçiliyi artan xəttlə inkişaf edəcək . Bu qaçılmaz bir sondur" deyə general İsrail mediasında çıxış edib.

İsrailin "Haaretz" qəzetində dərc olunan başqa bir yazıda isə bunlar qeyd olunub.

"Suriya rejimi, bölgədəki İsrail düşmənlərini nəzarət altına almağı bacaran bir qüvvədir. Əsəd rejimi devrilsə , buradakı radikal qruplaşmalar İsraili yox etmək üçün əllərindən gələni edəcəklər"

"İsrail İranla Hizbullahı qulaqardına vurmalıdır"

Əsədin İran və Hizbullah ilə olan ittifaqına İsrailin əhəmiyyət verməsinin gərəkli olduğunu yazan general Eliezer Tsafrir, ölkəsinin Suriya rejiminə yardım etməsinin gərəkli olduğunu bildirib.

"İsrail bilavasitə, ya da bilvasitə Əsədə silah yardımı etməlidir."

"İsrailin yeganə zəmanəti Əsəd rejimi"

İsrailli jurnalist Jacky Huginin qələmə aldığı "İsrail Əsədin arxasında dayanmalı" başlıqlı yazıda isə Əsəd rejiminin İsrailin varlığını təminat olduğunu bildirib. "İsrailin yeganə zəmanəti Əsəd rejimidir. Bu səbəblə İsrailin Əsəd rejiminə dəstək olması şərtdir"

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər