Pərviz Həşimli İlham Əliyevə müraciət edib

yan-13
20:47 2014


Pərviz Həşimli İlham Əliyevə müraciət edib






MTN-in istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli prezident İlham Əliyevə müraciət edib. Məlumatı “Media forum” saytına vəkil Elçin Sadıqov verib. O bildirib ki, yanvarın 13-də məhbus jurnalistlə görüşüb: “Pərvizin səhhəti və psixoloji durumu yaxşı deyil. Prezident İlham Əliyevə ərizə yazıb. Xahiş edib ki, onun hüquqlarının pozulmasının aradan qaldırılmasına, Bakı İstintaq Təcridxanasına köçürülməsinə göstəriş versin.

Pərviz həmçinin istintaqdan narazılığını bildirdi. Çünki 4 aylıq istintaq müddətində cəmi 2 dəfə dindirilib və başqa istintaq hərəkətləri aparılmır. O hesab edir ki, istintaq hərəkətin aparılmaması onun qanunsuz həbsdə saxlanmasına yönəlib. Cənab prezidentə yazdığı şikayətdə istintaqın aparılmamasından narazılığın bildirib. Xahiş edib ki, istintaqın qanunla müəyyən edilmiş formada aparılmasına göstəriş versin”.

Elçin Sadıqov əlavə edib ki, Pərviz Həşimli haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması üçün Səbail Rayon Məhkəməsinə vəsatət edib: “Vəsatəti yanvarın 13-də təqdim etmişik. Pərviz Həşimli istintaqdan qaçıb gizlənməsinə səbəb olacaq hər hansı hal yoxdur. Daimi yaşayış yeri, ailəsi və övladı var. Əvvəllər heç vaxt cinayət törətməkdə təqsirləndirilməyib, ictimai qaydanı pozmayıb. Ev dustaqlığına buraxılsa, mütləq istintaqla əməkdaşlıq edəcək. Ona görə də onun haqqında həbs qətimkan tədbirin dəyişdirilməsini və ev dustaqlığına buraxılmasını xahiş etmişik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər