İcra Hakimiyyətinin avtomobili qəzaya düşdü — Xəsarət alan var

sen-22
08:16 2017
Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Report xəbər verir ki, hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

”Report”un əldə etdiyi məlumata görə, qəza törədən “66 AA 155” dövlət qeydiyyat nişanlı “Mercedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər