5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı - TƏFƏRRÜAT

sen-20
09:07 2017
Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə "Mercedes C-Class" markalı avtomobilin sürücüsünün digər avtomobilə yol verməməsi səbəbindən baş verib. Belə ki, sentyabrın 20-də səhər saatlarında Bakı-Ələt-Astara yolu ilə hərəkət edən "Mersedes E-Class" markalı avtomobil "Mercedes C-Class" markalı avtomobili ötüb və həmin avtomobilin qarşısında hərəkət edən "KamAZ" markalı yük maşınını da keçmək istəyib. Bu an qarşı istiqamətdə hərəkət edən başqa bir minik avtomobili ilə qarşılaşıb və sürət həddini azaldaraq KamAZ-la "Mercedes C-Class"ın arasına keçməyə cəhd edib. Həmin vaxt KamAZ-ın arxasınca hərəkət edən "Mercedes C-Class" markalı avtomobilin sürücüsü "Mercedes E-Class" markalı avtomobilin sürücüsünə yol verməyib. Nəticədə "E-Class" KamAZ-a çırpılıb və hadisə nəticəsində 5 nəfər həlak olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Baş İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə təqsirli bilinən "Mercedes C-Class" markalı avtomobilin sürücüsü saxlanılaraq istintaqa cəlb edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində "Mercedes E-Class" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində Lənkəranın Gərmətük kənd sakinləri - Samir Əzizulla oğlu Qasımovvə Çingiz Xudaverdi oğlu Nağıyev, Kosalar kənd sakinləri - Əhmədov Mahir Bəşir oğlu, onun anası Pəri Əhmədov və qohumu İlhamə Kazımova həlak olublar.

///Trend

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər