Kürdəmirdə Bilik Günü qeyd olunub

sen-20
06:28 2017
Sentyabrın 15-də Kürdəmir rayonunun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Famil Həşimov adına şəhər 3 saylı tam orta məktəbində “Bilik bayramı”nda iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bayram Cəfərov müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından danışıb.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edib ki, həyata keçirilən təhsil islahatları, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı bu gün öz bəhrəsini verir. Dövlət tərəfindən, həmçinin Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, internat evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. 2017-2018-ci dərs ili ərəfəsində rayonun Axtaçı-Qarabucaq kəndində 132 yerlik tam orta məktəb üçün müasir standartlara cavab verən yeni binanın tikintisində son tamamlama işləri aparılır. Yeni Şıxımlı kənd ibtidai məktəb üçün modul tipli təzə məktəb binasının tikintisi başa çatıb, Pirəköcə kənd ibtidai, Çöl-ərəb, Qurdlar kənd ümumi məktəbləri üçün modul tipli yeni binaların tikintisinə başlanılıb.

Tədbirdə məktəblilərin ifasında mahnı və rəqslər ifa olunub, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra çalınan zəng şagirdləri sinif otağına səsləyib. İlk dərslər “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.
Kürdəmirdə Bilik Günü qeyd olunub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər