Prezident başsağlığı verdi

sen-09
11:43 2017
Azərbaycan prezidenti İlham Əliyev Meksikada güclü zəlzələ nəticəsində insan tələfatı ilə bağlı Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlarıın tezliklə sağalmasını arzulayıram”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər