İrma qasırğası ABŞ-a yaxınlaşır (FOTOLAR)

sen-08
07:48 2017
İrma qasırğası artıq ən təhlükəli - 5-ci kateqoriyaya yüksəlib.

Qasırğanın sürəti saatda 300 km-ə çatıb. Karib dənizində yerləşən Barbuda adası qasırğa nəticəsində xarabaya çevrilib. 1800 nəfərin yaşadığı adanın 95%-i zərər görüb. Müqəddəs Martin və Müqəddəs Bartelemi adalarında isə ölənlər olub. Yüzlərlə bina və tikili dağılıb, ağaclar kökündən çıxıb.

Porto Rikoya çatan İrma özü ilə birlikdə güclü yağış da gətirib. Hökümət insanlara evdən çıxmamaq barədə müraciət ünvanlayıb. Dominikan Respublikası, Haiti və Kubanın qasırğanın təsirinə məruz qalması gözlənilir.

ABŞ-ın Florida ştatına bazar günü çatacaq İrma qasırğası ilə əlaqədar insanlar həftə əvvəlindən tədbirlər görməyə başlayıb. Əhali qida, yanacaq ehtiyatı yığmağa başlayıb. 800-dən çox təyyarə səfəri təxirə salınıb. Kiy Vest bölgəsində artıq 5 min nəfər təxliyyə edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər