Azərbaycanın qadın güləşçisi dünya çempionu olub

sen-08
09:48 2017
Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb.

Qadın güləşi üzrə 38 kq çəki dərəcəsində yer alan Şahanə Nəzərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, ilk görüşdə yaponiyalı Karin Uematsunu 84 saniyəyə, yarımfinalda rusiyalı Luçana Bekbaulovanı 65 saniyəyə yenib. Finalda isə ukraynalı Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Qurban Qurbanov (42 kq) qızıl, Nihad Məmmədli (46 kq) və Zaur Əliyev (50 kq) gümüş medal əldə edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər