Vahid Mustafayevə qarşı dələduzluq edən qadın həbs edildi

sen-08
06:42 2017
ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin saat şəbəkəsi olan “VMF” firmasına külli miqdarda pul atmaqda təqsirli bilinən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səbinə Əsgərovanın barəsində seçilən polis nəzəratində qətimkan tədbiri dəyişdirilib. O, 8 il müddətə azadlıqdan məhrum edilib.

Səbinə Əsgərovanın barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Səbinə Əsgərova hamilə olub.

İttihama görə, Səbinə Əsgərova “VMF”-ə 34 min manat dələduzluq etməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər