"Qarabağ" braziliyalı futbolçu transfer etdi

avq-31
09:48 2017
"Qarabağ" braziliyalı futbolçunun transferini bitirmək üzrədi. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, PAOK-un futbolçusu Pedro Enrikenin keçidi üçün aparılan danışıqlar yekunlaşıb. Klublar arasındakı anlaşmaya əsasən braziliyalı yarımmüdafiəçi "Qarabağ"da mövsümün sonunadək icarə əsasında çıxış edəcək. Hazırda müqavilənin kiçik detalları müzakirə edilir və tezliklə keçid rəsmiləşəcək.

Qeyd edək ki, "Qarabağ"ın braziliyalını bir illik icarəyə götürmək və sonradan 3 milyon avro ödəməklə transfer hüququnu almaq istədiyi deyilir.

Pedro Enrike Braziliyanın "Avenida" və "Kaxias" klublarında oynadıqdan sonra 2012-ci ildə İsveçrənin "Sürix" klubuna keçib. O, 2014-cü ildə Fransanın "Renn" klubuna 400 min avroya transfer olunb. PAOK isə bu ilin yanvarında 27 yaşlı yarımmüdafiəçini 1,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər