Az-Granata 30-dan çox içkisi 120 dən çox dövlətə ixrac olunur

avq-29
09:30 2017
Məlumdur ki, şərab və şərabçılıq bütün dövrlərdə geniş yayılmış və qazanc gətirən sahədir.
Bu sahə Azərbaycanda da geniş yayılıb və inkişaf etmədədir. Elə çox qısa bir müddətdə məhsulları ilə dünyanın 20-dən artıq ölkəsinin bazarlarını fəth etməyi bacaran Az-Granata Ağsu Şirə və Şərab zavodunun nailiyyətləri dediyimizə əyani subutdur.

Bu günlərdə, adı çəkilən zavodda bir qrup jurnalist olaraq ekuskurrsiyada olduq. Zavodda görülən və görülməkdə olan işlər bizə qürur verdi.
Müstəqil.Az olaraq Zavodun Alkoqollu İçkiler Sektorunun direktoru vəzifəsində çalışan, eyni zamanda elm adamı olan Vüqar Mikayılovla təmsil etdiyi zavod, onun məhsulları və ümumilikdə şərabçılıqla bağlı söhbət etdik. Söhbəti təqdim edirik:

– Vüqar müəllim, ilk öncə ondan başlayaq ki, siz artıq məhsulları brendləşmiş bir zavodun məsul işçisiz. Zavodunuzun fəaliyyəti haqda başqa ölkələrin mütəxəssisləri nə deyir?

– İLk öncə onu deyim ki, bizim müəssisənin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci il oktyabrın 29-da oldu. Zavod günü gündən fəaliyyətini genişləndirir. Müəssisənin Böyük Qafqaz Sıra Dağlarının Ləngəbiz Dağ silsiləsinin Adnalı dağ yaylasında 400 ha. üzüm bağları, Ağsunun Kürdəmir rayonu istiqamətində isə 400 ha. nar bağları, 14 ha. albalı bağı, 6 ha. gavalı bağı, 4 ha. tut bağı salınmışdır. Müəssisə əsasən meyvə və giləmeyvə şirələri, kompotları, konsentratları, mürəbbələri üçün nəzərdə tutulmuşdur. Zavodda emal gücü 2000 ton mövsüm olan üzüm emal etmək üçün köməkçi sex olaraq şərab sexi də fəaliyyət göstərir. 5 il müddətinə AzGranata MMC respublikamızda lider bir müəssisəyə çevrildi. Buna da səbəb bir çox obyektiv və subyektiv amillərdir.
-Məsələn?
– Sadalayım:
1.Müəssisədə xaricdə ali təhsil almış mütəxəssislərə daha geniş yer verilməsi.
2.Azərbaycanın alimlərinin müəssisəyə cəlb edilməsi. Əsasən də Azərbaycan Aqrar Universitetinin professoru Hasil Fətəliyevin və Azərbaycan Texnologiya Universitetinin professoru Ahad Nəbiyevin müəssisəyə cəlb edilməsi və mütəmadi olaraq onların məsləhətlərinin dinlənilməsi.
3.Müəssisədə magistirlərlə birlikdə elmi tədqiqat işlərinin aparılması.
4.Azərbaycan tarixində heç vaxt istehsal edilməyən məhsulların ilk dəfə AzGranata MMC-də hazırlanması. Məsələn: Qora suyu, Şotlandiya texnologiyası əsasında viski istehsalı, Bolqar rakısına uyğun “Muskat” üzüm brendisinin istehsalı.
5.Azərbaycanın milli alkoqollu içkisi olan “Tut” və “Zoğal” araqlarının yeni texnologiya əsasında hazırlanması.
6.Azərbaycanın tarixində ilk dəfə olaraq kolleksiya şərabı olan 30 illik “Mil” desert şərabının istehsalı.
7.Vodka istehsalında dünyada ilk dəfə olaraq təzə keçi südü ilə vodka hazırlanması.
8.Vodkaya Azərbaycanda ilk dəfə gümüş ionlarının əlavə edilməsi.
9.Meyvə və giləmeyvə desert şərablarının Azərbaycanda ilk dəfə istehsalı.
Türk rakısının Azərbaycanda ilk dəfə istehsalı .
Bütün ali və orta ixtisas məktəblərindən tələbələrin, ictimai birliklərin üzvlərinin zavoda turist kimi müəssisə hesabına cəlb edilməsi.
Azərbaycanda 70 -ə yaxın firma mağazalarının açılması
13.Televiziyada müxtəlif maarifləndirici verilişlərin məhz AzGranata MMC tərəfindən aparılması və s.


– Dediyiniz kimi, zavodun məhsulları çox qısa bir müddətdə şöhrət tapdı, daxili bazardan çox-çox uzaqlarda tanındı. Arxasında gərgin zəhmət, araşdırma durur, sözssüz. Bəs daha nələri hədəfləçisiz?
– Bütün bu yuxarıda sadaladıqlarımız Az-Granata MMC məhsullarının bir brend kimi tanınmasına səbəb oldu. Müəssisə müxtəlif Beynəlxalq Şərab festivallarında 10-larla qızıl və gümüş medallara layiq görülüb. 2016-cı ildə isə Azərbaycanın Şərab festivalında “Rübai” qırmızı təbii markalı şərabı “Qran-Pri” mükafatına layiq görülmüşdür.
– Uğurlara sevinməmək olmur. Deyin, neçə adda məhsullarınız var və dünyanın hansı ölkələri ilə əməkdaşlıq edirsiz.
– Az-Granata 30-dan çox alkoqolsuz içkiləri və 100 dən artıq alkoqollu məhsulları bu gün Amerika Birləşmiş Ştatlarına, Almaniyaya, Çexiyaya, Yunanıstana, Polşaya, Yaponiyaya, Çin Xalq Respublikasına və ümumiyyətlə götürsək 20-dən artıq dövlətə ixrac edir.
– Çox güman ki, işçilərinizin peşəkarlığı da önəm daşıyır.
– Əlbəttə. Müəssisədə 300-dən artıq işçi, üzüm və nar bağlarında əlavə olaraq 600 nəfərə yaxın insan çalışır. Bununla yanaşı müəssisə meşələrdə bitən yabanı zoğal, göyəm, tut məhsulları qəbul edir ki, bu da meşələrdə heç bir məhsul istehsalında istifadə olunmayan meyvə və giləmeyvələri yığmaq üçün əlavə 100-lərlə işçi deməkdir.
– Şərab və şərabçılıq ta qədimdən mövcuddur. Klassikləriniz müasirlərimizlə müqaysə olunmaz dərəcə də şəraba dəyər verib onu vəsf ediblər.
– Amerikanın Pensilvaniya Universitetinin arxeoloqları 2007-ci ildə Cənubi Azərbaycanda Urmiyyə yaxınlığında Hacı Firuz kəndində 6 ədəd 9 litrlik küp tapırlar ki, bu küplərdə olan şərabın tarixi b.e.ə. 7000 ilə gedib çıxır. Bu da göstərir ki, şərabın ilkin vətəni Yunanıstan yox Azərbaycan olmuşdur. Bu göstərici bizi də çox sevindirir ki, bizim babalarımız yaşayan torpaqlar şərabın vətəni olmuşdur.


Azərbaycanda şərabçılığın inkişafı əsasən XlX əsrin sonlarında Azərbaycana sürgün edilmiş Alman kaloniyalarının sayəsində olmuşdur. Sovetlər dövründə isə əsasən Azərbaycanda ordinar portveyn tipli şərab, çox az miqdarda isə markalı portveyn və desert şərablar istehsal edilmişdir. Azərbaycanda geniş miqyasda şərabçılığın inkişafı son 10-15 illə əlaqədardır. Məhz bu dövrdə 20000 ha. Yaxın üzüm bağları salınmış və müasir avadanlıqlarla təchiz edilmiş 10-a yaxın zavodlar tikilmişdir. Hal –hazırda istehsal edilən şərablar bütün standartların tələblərinə cavab verir və gündən –günə müəssisələrin dünya bazarında payı artmaqda davam edir.
– AZ-GRANATA şərab zavodu özünə rəqib tanıyırmı?
– Azərbaycan kiçik bir ölkə olduqundan burada müəssisələr arasında rəqabət daha kəskindir. Belə ki, hansısa bir müəssisənin açılması onun daxili bazarda digər müəssisələrin boğazına ortaq olması deməkdir. Məhz bu səbəbdən də Azərbaycanda da rəqabət çox güclüdür. İmkan daxilində çalışmaq lazımdır ki, bu rəqabət daim sağlam rəqabət olaraaq qalsın. Onu da söyləyim ki, rəqib nə qədər zəif olsa da mütləq daim inkişafda olmaq lazımdır.

– Bu yaxınlarda zavodunuzda ekskursiyada olduq. Doğrusu qürur duydum, ölkə rəhbərinin qeyri neft sektorunun inkişafı ilə bağlı tövsiyyələrinə burada daha çx riayət olunur. İş yerlərini açılması və digər sahələrlə bağlı.

– Bu yaxınlarda siz də bizim zavodda qonaq oldunuz və sexlərimizlə tanış oldunuz. AzGranatanın nailiyyətlərini də gördünüz. Beş il ərzində AzGranatanın Azərbaycana gətirdiyi yeni məhsullar, tədqiqat işləri hətta bir Elmi-Tədqiqat İnstitutunun görə biləcəyi elmi işlərdən də çoxdur. Yeni texnologiyalar əsasında hazırlanan yeni içkilər ölkəyə valyuta gətirməklə yanaşı hətta ölkədən kənara valyuta çıxmasının qarşısını alır.

– Bəzi içkilərinizin tərkibinə çiy keçi südü əlavə edirsiz, bunlar nəyə xidmət edir, içkini təsirini artıtır, yoxsa insan sağlamlığına xüsusi diqqətdir?

– Azərbaycanda vodkaya təzə keçi südünün əlavə edilməsi Az-Granatanın yeniliyidir. Məhz keçi südünün tətbiqi nəticəsində vodkanın tərkibi daha da yumşalır və bu da onu daha içimli edir. Bizə qədər bir çox ölkələrdə təzə keçi südündən yox, amma yağsızlaşdırılmış quru süddən istifadə edilmişdir ki, bu da termiki təsirdən deformasiyaya uğradığı üçün bir o qədər də yüksək səviyyədə təsir edə bilmir. Dünyada ilk dəfə təzə keçi südü ilə vodka emalı Az-Granataya məxsusdur.
Bundan əlavə olaraq gümüş ionlarının vodkaya əlavə edilməsi Azərbaycanda ilk dəfə yenə də AzGranata MMC-yə məxsusdur. Məhz gümüş ionlarının təsiri nəticəsində insan sərxoş olduğu zaman yaddaşını itirmir ki, buna da səbəb gümüş ionlarının alkoqolu blokadaya alamsıdır.

– Təmiz ballardan da istifadə edirsiz. Məhsullarınızın bal tamı verməsi, bal kimi olması, ballı olması, bir reklam deyil ki?
– Azərbaycanda müxtəlif zavodlar müxtəlif zamanlarda az da olsa baldan istifadə etmişlər və sonradan haradansa balın vodkaya “ağırlıq” gətirməsi nəticəsinə gəlmişlər və nəticədə baldan imtina etmişdilər. Məncə buna da səbəb bala yanmış şəkərin əlavə edilməsidir. Biz isə hər il 15-20 ton təmiz baldan istifadə edirik. Balın “ağırlıq” gətirməsi qənaəti rusların fikridir. Belə ki, rusiyada arıların yaratdığı bal monoflor tərkibə malik olduğundan ətirli maddələrlə zəngin deyildir. Azərbaycanda isə arıların hazırladığı bal poliflor tərkibə malik olduğundan çox ətirə malik olmaqla yanaşı tərkibi də daha mürəkkəbdir. Məhz bu üstünlüyəəsaslanaraq biz Azərbaycan balından vodka istehsalında geniş istifadə edirik. Nəticə də göz qabağındadır. Siz dediyiniz kimi vodkalarımızın dadı yumşaq və harmonik olmaqla yanaşı spesifik ətirə də malikdir.
– Bəs məhsulların, meyvələrin və digər lazım olanların əldə olunması necə, bu istiqamətdə çətinliyiniz yoxdur ki?
– Tut arağının istehsalında olan çətinliyi azaltmaq üçün 4 ha. Tut bağı, albalı şərabı istehsal etmək üçün 14 ha. Albalı bağı saldıq və bu il də əlavə olaraq 200 ha nar bağı və 200 ha üzüm bağı salmağı qarşıya məqsəd qoymuşuq.

– Tanınmış siyasət, elm, səhnə adamlarının adına, onların şərəfinə və zövqlərinə aid necə, nələrsə planıayırsızmı?


– Tanınmış tarixi adlarımızdan məhsul çeşidlərimizin adlandırılmasında istifadə edirik. Məsələn, Badikubə, Şamaxı, Girdiman, Xürrəmi, Şirvanşah, Rübai və s. adlardan istifadə edirik.
– Vüqar müəllim, daha hansı yenilikləriniz olacaq?
–Müəssisəmizdə tezliklə türk rakısı qablaşdırılaraq satışa veriləcək. Bununla yanaşı hal-hazırda alkoqolsuz şərabların hazırlanması istiqamətində təcrübi işlər görülür. Azərbaycan tarixində ilk dəfə olaraq hal hazırda tomatlı vodka istehsalına başlanılmışdır ki, bu da insanlar arasında müəyyən marağa səbəb olacaq. Az Granata şərablarının bir hissəsini dənizin dibində saxlamaq qərarına gəlmişdir. Dənizin dibində saxlanılan şərablarda müxtəlif titrəmə hadisələri baş verdiyindən buketə də müsbət təsir edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər