İki yaşlı Zəhranın qətli ilə bağlı Avropa Məhkəməsinə müraciət edildi

avq-25
07:57 2017
Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar - iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.

Bu barədə azvision.az-a açıqlamasında Zəhra Quliyevanın atası Elnur Quliyev məlumat verib: "Artıq bir neçə gündür ki, qızımın və anamın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişik. Lazım olan sənədlər göndərilib. Bütün dünya bilməlidir ki, övladım və anam günahsız yerə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib", - deyə E.Quliyev bilidirib.

Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib.

Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər