Azərbaycanın ən məşhur polisləri — SİYAHI

iy-02
15:02 2015
Azərbaycanın ən məşhur polisləri — SİYAHI























İmanov hazırda polis polkovnik-leytenantıdır

Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 24 mayında imzaladığı fərmana əsasən hər ilin 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ümumiyyətlə, bu peşə Azərbaycanda yetərincə populyar hesab olunur. Azərbaycanda məşhur şəxslər və onların övladları arasında da polis orqanlarında çalışanlar az deyil. Qeyd etmək yerinə düşər ki, polis orqanlarında çalışan məşhur şəxslər arasında idmançılar üstünlük təşkil edir.

Ölkə.Az polis əməkdaşı olan məşhurlar və məşhur övladlarının siyahısını təqdim edir.

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli artıq altı ildir ki, polis əməkdaşıdır. 2009-cu ildə Polis Akademiyasına qəbul olan Məmmədli hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektorudur.

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdur. 44 yaşlı idmançımız 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hazırda DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.

Azərbaycanın ən titullu samboçusu, doqquzqat dünya çempionu Ceyhun Məmmədov 12 ildir Sambo Federasiyasının prezidenti olmaqla yanaşı, polis polkovnik-leytenantı rütbəsi daşıyır. O da Namiq Abdullayev kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Tanınmış aktyor, "Planet Parni iz Baku" KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov 16 ildir ki, polis orqanlarında çalışır. 38 yaşlı İmanov hazırda polis polkovnik-leytenantıdır.

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov da polis orqanlarında çalışır. Ancaq onun hansı rütbə daşıdığını öyrənə bilmədik.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan da polis əməkdaşıdır. Tanınmış futbol hakimi, FİFA referisi Fariz Yusifov uzun illərdir polis əməkdaşıdır. O, hazırda polis kapitanıdır.

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər