Azərbaycanda ofisiant namaz qıldığı üçün işdən qovuldu

avq-22
06:22 2017
Azərbaycanda şadlıq sarayının rəhbəri ofisiantı toy zamanı namaz qıldığı üçün işdən qovub.

Baku.ws məlumatına görə, Xırdalanda yerləşən "Xəzinə Palace”da Vüqar adlı ofisiant namaz qıldığı üçün işdən çıxarılıb.

İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib.

Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək rəhbərliyə şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan ofisiant?

Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında mübahisə yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də, şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib.

Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də, ofisiantın işdən çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz qılmazlar.

"Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə şikayət edibsə onu ümumiyyətlə bu şadlıq sarayının qabağından keçməsini icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa da nə olacaq? Onda müştərilərə kim xidmət göstərəcək?”, - deyə baş inzibatçı bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər