Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir

avq-17
08:22 2017
“Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru, şərabçılıq üzrə mütəxəssis, professor Vüqar Mikayılov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru, şərabçılıq üzrə mütəxəssis, professor Vüqar Mikayılovdur.

2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
Zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. Az-Granatanın 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.


“Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru, şərabçılıq üzrə mütəxəssis, professor Vüqar Mikayılovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

“Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru, şərabçılıq üzrə mütəxəssis, professor Vüqar Mikayılov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Vüqar Mikayılov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.

Vüqar Mikayılov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Vüqar Mikayılov yüksək insanlığı ilə seçilən bir insandır!

Vüqar Mikayılov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Vüqar Mikayılov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Hazırladı: Kamran Şirvansoy
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir
Vüqar Mikayılov Şərəflə və ləyaqətlə öz vəzifəsini yerinə yetirir

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər