Bakıda məktəb direktoru 50 yaşlı müəlliməni 18 yaşlı qızla intim yaxınlıqda ittiham edir

iy-01
15:41 2015
Bakıda məktəb direktoru 50 yaşlı müəlliməni 18 yaşlı qızla intim yaxınlıqda ittiham edir

























“Hesab edirəm ki, bu, normaldır”

Bakıda 45 nömrəli məktəbin ingilis dili müəllimi olan 50 yaşlı Ziyafət Nəbiyeva ilə 11-ci sinfi bitirmiş abituriyentin 50 saniyəlik videogörüntüsü əsl qalmaqal yaradıb.

İnterpress.az xəbər verir ki, Ziyafət Nəbiyeva bir neçə abituriyentlə bərabər 11-ci sinfi bu il bitirən Aynurə Əliyevanı (ad şərtidir) da ingilis dilindən qəbul imtahanlarına hazırlaşdırıb. Ancaq iyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova müəllimi çağıraraq işdən azad edilməsi üçün ərizə yazmasını istəyib:

“Mənə bildirdi ki, valideynlər ona video təqdim ediblər. Həmin görüntüyə mən də baxdım. Qışda çəkilib və bəllidir ki, kamera yuxarıya quraşdırılaraq çəkiliş aparılıb.

Çünki mənim otağımda əvvəllər kamera olmayıb. Görüntüdə mən ayaq üstdə dayanmışam və testlərə baxıram. Sinifdə digər abituriyentlər var. Adıçəkilən abituriyent isə mənə arxadan yaxınlaşıb və üzümdən öpüb. 50 saniyəlik görüntüdür. Həmin abituriyent məktəbimizin şagirdi olub, məni bir müəllim kimi çox sevib, mən də digər şagirdlərim kimi onu da sevirəm. İndi isə bizi heç kəsin ağlına belə gəlməyən münasibətdə ittiham edirlər. Direktor deyir ki, bu videonu on başqa valideynlər verib.

Soruşuram ki, bu videoda təəccüblü nə var? Bu, 18 yaşlı bir gənci, 50 yaşlı neçə ilin müəllimini ağlagəlməz ittihamlarla damğalamaqdan başqa bir şey deyil. Bu dəhşətdir.

Direktor təklif edir ki, köçürmə yolu ilə başqa məktəbə gedim. Amma mən niyə kiminsə iddiasına, hansısa planlarına görə neçə illər işlədiyim məktəbdən uzaqlaşmalıyam?”

Ona qarşı bu münasibətin nədən qaynaqlandığına gəlincə isə Ziyafət Nəbiyeva dərs saatlarını artması və məktəbə yeni müəllim cəlb etməklə bağlı varinatları istisna etməyib.

Ziyafət Nəbiyeva məsələ ilə bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət edib.

Öz növbəsində Femida.az məsələ ilə bağlı məktəbin direktoru Nazilə müəllimə ilə əlaqə saxlayıb. Məktəb direktoru hadisə ilə bağlı bunları açıqlayıb:

“Qeyd etdiyiniz məsələni mənə dünən təqdim ediblər. Bir valideyn fləşkartda həmin videogörüntünü mənə təqdim etdi. Orada elə kadrlar var ki, mən onları sizə göstərə, yaxud deyə bilmərəm. Müəllimə öz günahını başa düşdü və işdən öz ərizəsi ilə çıxmasına razılaşdı. İndi mətbuata müraciət edirsə, bu onun özünə qarşı bir çıxış oldu. Mən bununla bağlı nazirliyə müraciət edəcəm”.

Bəs kadrlar qışda çəkilibsə, indi niyə göstərilir sualına məktəbin direktoru belə cavab verdi:

“Mənə görüntüləri indi təqdim ediblər. Mən də məsələdən məlumat tutan kimi, tədbir gördüm. Müəlliməni otağıma çağırdım və ərizəsin yazmağı xahiş etdim”.

Hadisədə ittiham olunan tərəflərdən biri -11-ci sinif şagirdi isə publika.az saytına deyib ki, bu barədə yayılan söz-söhbətləri yalnız sağlam düşünməyən insanlar yaya bilər:

“Mən Ziyafət müəllimə ilə yaxınam, ailəm onu tanıyır, o müəllimənin yanına hazırlığa getməyimi məktəbdən məsləhət görüblər. Əgər o, yaxşı müəllimə deyildisə, nə üçün mənə məsləhət görürdülər. Düzdür, mən Ziyafət müəllimə ilə çox yaxınam, amma onların düşündüyü kimi deyil, onu özümə ana kimi yaxın hiss edirəm. Hesab edirəm ki, bu, normaldır. Mənim müəllimə ilə söhbət etməyim, birlikdə yemək yeməyim müəllimə və şagirdlər arasında söz-söhbətə səbəb olmuşdu.

Amma mən bunu heç vaxt ciddi qəbul etmirəm. Bu xəbərin yayılması mənim üçün önəmli deyil. Lakin müəllimənin işsiz qalması məni çox narahat edir. Bu, müəllimənin məktəbdən uzaqlaşdırılması üçün sadəcə bir bəhanədir.

O videoya mən də baxmışam, orada heç nə yoxdur. Mən hər gün dərsə başlayanda müəllimə ilə görüşürəm. Ona görə də biz heç kimdən çəkinmirik və məlumatı da özümüz yaymışıq. Məlumat yayılandan sonra direktor mənə zəng edib, videonu Təhsil İdarəsinə apardığını deyib”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər