Maral Tahirqızı həbsdə qaldı - Cəzasının çoxunu çəkib

avq-14
09:19 2017
2015-ci ilin may ayında həbs edilən Maral Tahirqızının şikayəti təmin edilməyib. O, yenə də həbsdə qalıb

Ali Məhkəmə də M.Tahirqızının şikayətini təmin etməyib.

Əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilən müğənni Maral Tahirqızı barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb. Apellyasiya şikayəti təmin edilməyən M.Tahirqızının işinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə baxılıb.

Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib.

İstintaq müddətibdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Daha sonra Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 2015-ci il, mayın 21-də 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub.

Qərardan narazı qalan M.Tahirqızının apellyasiya şikayəti təmin edilməmişdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər