Əli Hüseynovun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz həmkarlarına təbriki

dek-28
22:28 2019
Bu gün biz, eyni zamanda, həm Yeni ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları səmimi qəlbdən salamlayıram, onları təbrik edirəm. Onlara bildirmək istəyirəm, fəxr edə bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün dünyanın bir nömrəli beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüdür. O dövlətdir ki, hətta böhranlı illərdə öz iqtisadi inkişafını davam etdirmiş, öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır.

Mən bütün azərbaycanlıları bu gözəl bayramlar - həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov


Səhiyyənin xalqa xidmət etməsi hər zaman arzulanan olub. Səhiyyənin imkanları artdıqca bunun ictimaiyyətə daha çox xeyri dəyir. Yeni xəstəxanaların inşası, köhnə xəstəxana binalarının əsaslı təmiri, yeni korpusların tikilib istifadəyə verilməsi yaxşı göstəricidir. Son dövrdə Azərbaycan səhiyyəsinin inkişaf yolu tutması son illər dövlət tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov tərəfindən bütün prosedurlar dünya standartlarına uyğun olaraq aparılır

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov - Lazım olan bütün tədbirlər görülübdür. Ən müasir avadanlıq quraşdırılıbdır. Doğum, cərrahiyyə, diaqnostika, dializ şöbələri, yəni, tam şəkildə bütün dünya standartlarına cavab verən bir tibb mərkəzidir. Qısa müddət ərzində belə gözəl xəstəxana yaradıldı və bu gündən başlayaraq vətəndaşlara xidmət göstərəcəkdir. Xidmət də yüksək səviyyədədir. Həkimlərin peşəkarlığı, təcrübəsi artır. Bu məqsədlə müxtəlif tədbirlər görülür. Eyni zamanda, səhiyyə sisteminin təkmilləşdirilməsi üçün proqramlar icra edilir. Bölgələrdə də səviyyə Bakıdakından aşağı olmamalıdır. Bu gözəl, möhtəşəm tibb ocağı onu göstərir ki, bölgələrdə də ən yüksək tibbi xidmət göstərilməlidir. Çünki Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan vətəndaşları sağlam həyat tərzi sürməlidirlər. Əlbəttə ki, diaqnostika və xəstəliyin vaxtında müəyyən edilməsi insanların sağlamlığı üçün əsas şərtdir. Ağsu rayonunun inkişafı üçün bundan sonra da əməli tədbirlər görüləcəkdir. Son illərdə Ağsuda böyük işlər görülmüşdür. Bu xəstəxana bu işlərin arasında xüsusi yer tutur. Digər layihələr icra edilmişdir. Binalar tikilir, parklar salınır, yollar, kənd yolları çəkilir və bu məqsədlə vəsait ayrılır. Belə gözəl xəstəxanaların tikintisi bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə insanlara dövlət tərəfindən göstərilən qayğının təzahürüdür, eyni zamanda, Azərbaycan dövlətinin gücünü göstərir. Gün gələcək, belə gözəl binalar, xəstəxanalar hazırda işğal altında olan torpaqlarda tikiləcəkdir.


Hazırladı: Xeberci.info-nun Təsisçi və Layihə rəhbəri Rüstəm Zahidoğlu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər