Qadın turistlər üçün təhlükəli ölkələr: Siyahıda Azərbaycan var?

iy-31
05:53 2017
“Forbes” jurnalı dünyada qadın turistlər üçün təhlükəli ölkələrin siyahısını yayınlayıb.

Cebhe.info xəbər verir ki, siyahıda 10 ölkə yer alıb.

Qadın turistlərin təkbaşına getdikləri zaman problemlə üzləşə biləcəkləri ölkələrin başında Misir dayanır. Ölkədəki siyasi durum və terror turistlər üçün narahatlıq yaradır.

Siyahıda ikinci yerdə Mərakeş durur. Bura xüsusilə ABŞ vətəndaşları üçün təhlükəli hesab edilir.

Yamayka siyahıda 3-cü yürdədir. 4-cü yerdə cinsi təcavüzlərlə tez-tez gündəmə gələn Hindustan dayanır. Perunun da adı siyahıya salınıb. Burda daha çox soyğun və adam oğurluğu narahatlıq yaradır. Baham adaları da siyahıda 6-cı yerdədir. Burda da cinsi istismar, təcavüz turistləri diqqətli olmağa vadar edir. Siyahıda növbəti yerdə Kolumbiya dayanır. Bu ölkədə narkotik qaçaqçılığı və oğurluq daha çoxdur. Siyahının növbəti ölkəsi Ekvadordur.

Xüsusilə oğurluq halları qadın turistləri diqqətli olmağa vadar edir. Siyahıda 9-cu yerdə Türkiyə dayanır. Burda qadınların xüsusilə geyimə diqqət etməsinin vacibliyi vurğulanır. Qadınlara tövsiyə edilir ki, məscidə baxmaq istədikləri təqdirdə bağ örtüyü götürsünlər. Eyni zamanda aqressiv dükan sahibləri və restoran əməkdaşlarından ehtiyatlı olsunlar. Siyahını Quatemala tamamlayır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər