Beyləqanda üsyan anonsu: Vaqif Abdullayevin qoçusu xalqı cana doydurdu

in-25
14:28 2015
Beyləqanda üsyan anonsu: Vaqif Abdullayevin qoçusu xalqı cana doydurdu

















Beyləqan rayonunda baş verən qanunsuzluqlar haqqında dəfələrlə yazmışıq. Bu dəfə rayondan cumhuriyyet.az-a verilən məlumata görə rayon icra başçısı Vaqif Abdullayev rayonda psixi xəstə olan Anar Zeynalov adlı şəxsin əli ilə rayon məmurlarını və vətəndaşlarına hədə qorxu gəlir. Mənbə bildirir ki, Anar Zeynalov adlı şəxs hər yerdə özünü Yeni Azərbaycan Partiyasının üzvü kimi qələmə verərək, dövlət başçısı və icra başçısı adından vətəndaşları təhdidi edir

Məsələnin maraqlı məqamlarından biri isə A.Zeynalov adlı şəxsin son zamanlar məmurlarla bərabər adi vətəndaşlara və sahibkarlara şantaj yolu seçməsidir.Baş verənlərlə bağlı cumhuriyyet.az-ın elektron poçtuna göndərilən məlumatda deyilir: “Aftomobilin üstünə “Novator” adlı qəzetin vəsiqəsini yapışdıran bu zat Beyləqan bazarında və küçələrdə obyekt sahiblərini açıq aşkar Fövqalədə Hallar nazirliyinin, Vergilər nazirliyinin, Baytarlıq xidmətinin və digər qurumların adı ilə qorxudaraq onlardan hesab ayda hesab alır. Adı çəkilən şəxs qeyd etdiyimiz qurumlara yalan iftira, heç nəyə əsaslanmayan şikayət ərziləri yazaraq qurumların yerli şöbəsini sahibkarlara obyekt sahiblərinə qarşı qaldırır. Dəfələrlə vətəndaşlar bu problemlə bağlı rayon icra başçısı Vaqif Abdullayevə şikayət etsələr də sonda heç bir nəticə olmayıb. İcra başçısı vətəndaşlara deyir ki, Anar Zeynalovun xəstəliyi ilə bağlı sənədlər hazırlanaraq aidiyyatı qurumlara göndərilib və bu məsələ artıq bizlik deyil”.
Redaksiyamızın elektron ünvanına göndərilən məlumatda deyilir ki, əslində Vaqif Abdullayev vaxtı ilə Anar Zeynalova himayədarlıq edirdi.Onun əli ilə rayondakı büdcə təşkilat rəhbərlərini şantaj edərək, həmin məmurlar haqqında yuxarı instansiyalara müxtəlif şikayət məktubları göndərirdi. Göndərilən məktublarda isə adətən məmurların obyektləri, torpaq sahələri və maliyyə maxinasiyaları ilə bağlı təfsilatlı məlumatlar yer alırdı. Ancaq indi Anar Zeynalov məsələsi artıq pik həddə çatdığı üçün Vaqif Abdullayev onun arxasında əl çəkmək məcburiyyətində qalıb. Beyləqan rayonunda artıq əhalinin vəziyyəti son həddədir. Əgər Vaqif Abdullayev Anar Zeynalovun qarşısın almasa Beyləqanda İsmayılı və Quba hadisələri təkrarlanacaq.

Beyləqanda üsyan anonsu: Vaqif Abdullayevin qoçusu xalqı cana doydurdu

Beyləqanda üsyan anonsu: Vaqif Abdullayevin qoçusu xalqı cana doydurdu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər