Tramp Suriya müxalifətinə yardımı dayandırdı

iy-20
12:29 2017
ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Suriya müxalifətinə silah və təchizat yardımı göstərən proqramını bağlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2013-cü ildə eks-prezident Barak Obama dövründə Bəşər Əsədə təzyiq məqsədilə yaradılmış proqram 2015-ci ildə Rusiyanın Suriya münaqişəsinə qoşulması ilə effektivliyini itirmişdi.

Qeyd olunur ki, hərbi yardımın dayandırılması barədə qərarı Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Hervert Makmasterlə görüşündən sonra verib.

ABŞ mətbuatı Trampın bu addımla Rusiya ilə Suriyada atəşkəs əldə etməyə çalışdığını düşünür.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər